XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 12:04

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanunadəyişiklik edilir

MİlliMecliss

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik təklifinə əsasən, bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.

Bu, texniki xarakterli dəyişiklikdir. Belə ki, Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə edilib.

İclasda “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanuna da dəyişiklik layihəsi müzakirə edilib. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir. İndiyədək isə bu prosesdə Prokurorluq Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini cəlb etməklə yoxlama aparırdı.

Hər iki dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.