XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 14:13

Səfir:"Moldova Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir.

"Trend"in məlumatına görə, bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib.

Səfir bildirib ki, Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:

“Biz Azərbaycanla və digər ölkələrlə beynəlxalq təşkilatlarda münaqişələrin həlli ilə bağlı məsələlərdə bir-birimizi dəstəkləyirik".

Diplomat qeyd edib ki, bu problemin həlli ilə bağlı müxtəlif formatlar yaradılıb, onlar çalışırlar ki, bu məsələlər beynəlxalq hüquq çərçivəsində həll edilsin.