XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2017 - 12:10

ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini:"Azərbaycan terrorla mübarizədə dəyərli tərəfdaşdır"

Azərbaycan Amerika

Azərbaycan terrorizmlə mübarizə sahəsində inanılmaz dərəcədə dəyərli tərəfdaşdır.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini M.Karpenter Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransda bildirib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə də toxunub və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib.

M.Karpenter ABŞ-ın bu münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu da əlavə edib. /APA