XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2017 - 21:44

Ayətullah Xamnei:"Azərbaycanın uğur qazanması üçün dua edirik"

52542_656

"Azərbaycan dövləti beynəlxalq məsələlərdə həmişə İrana dəstək verib və bu müsbət rəftar hər iki ölkəni bir-birinə daha çox yaxınlaşdırır".

Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, bunu prezident İlham Əliyevlə görüşü zamanı İranın ali rəhbəri Ayətullah Xamnei bildirib.

"İran və Azərbaycan arasındakı yaxın əlaqələr düşmənləri qəzəbləndirir. Bütün düşmənlərdən daha çox xəbis sionist rejim İran-Azərbaycan münasibətlərini zədələməyə çalışır. Buna qarşı çıxmaq üçün İran və Azərbaycanın səmimi münasibətlərini qorunmalıdır", – deyə Ayətullah Xamnei fikrini bəyan edib.

Azərbaycan xalqının dini dəyərlərinə sadiqliyini təqdir edən İran lideri deyib: "Xalqın dini duyğularına ehtiram göstərmək Azərbaycan dövləti üçün məsləhətli və xeyirlidir. Azərbaycan xalqı dini məsəllərdə dövlət tərəfindən hər hansı bir narahatlıq duymamalıdır".

Dünya gücləri qarşısında dik  duruş nümayiş etdirmək üçün xalqın güvən və dəstəyini qazanmanın çox vacib məsələ olduğunu bildirən Ayətullah Xamnei əlavə edib: "Azərbaycan dövləti xalqa güvənib, onun dəstəyini qazandığını təqdirdə, heç bir güc sizə zərər verə bilməz və biz də Azərbaycan dövləti və xalqının müvəffəqiyyəti üçün dua edirik".

Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasındakı dini, tarixi və mədəni əlaqələrə işarə edərək deyib: "İran və Azərbaycan hər zaman bir-birinə dəstək verib və bu belə olacaq. Keçən il təxminən olaraq 1 milyon adamın Azərbaycandan İrana səfər etməsi mədəni və dini bağlılığın göstəricisidir".