XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2015 - 12:49

NATO Rusiyanı Gürcüstandan qoşunları çıxartmağa çağırdı

“Gürcüstanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini qəbul edirik”

Фото freestock.ca

NATO baş katibinin Güney Qafqaz və Mərkəzi Asiya üzrə özəl təmsilçisi Ceyms Appaturay mətbuata açıqlamasında bildirib ki, NATO Rusiyanı Gürcüstandan qoşunlarını çıxartmağa çağırır.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, Appaturay deyib: “Biz Gürcüstanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini qəbul edirik. Rusiya öz qoşunlarını çıxartmalıdır və biz bu durumu çözmək üçün Cenevrə danışıqlarından tutmuş insanlar arasındakı təmaslara qədər bütün cəhdləri alqışlayırıq”.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstan ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə Güney Osetiya ərazisinə daxil olandan sonra Rusiya Gürcüstanla müharibəyə başladı və ardınca Güney Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıdı.

Gürcüstan parlamenti cavabında “Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalı haqqında” qərar qəbul etdi.