XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 12:41

Sabah Milli Məclisin iclası keçiriləcək –Ombudsman illik məruzə ilə çıxış edəcək

meclis02

Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən  bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında, A.S.Quliyevin , V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq, həmçinin insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənləcək.

Deputatlar “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Milli Məclis “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.