XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 15:15

Azərbaycan siyasətçiləri İranda olub:Ərdəbil imamı  Akif Nağıya, Zərdüşt Əlizadəyə, Eldəniz Quliyevə nə deyib?

qat iran

Azərbaycan nümayəndələri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İranın Urmiya və Ərdəbil şəhərlərində olublar.

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, Urmiyada Azad İslam Universitetində “Xocalı-əsrin faciəsi” mövzusunda konfrans keçirilib. İlk olaraq univesitetin rektoru, professor Əziz Cavanpur çıxış edərək, qonaqları salamlayıb, konfransın məqsədindən danışıb. Sonra universitetin hazırladığı “Xocalı soyqırımı” filmi nümayiş etdirilib. Konfransda Azərbaycandan Akif Nağı, Rövşən Əhmədli, Eldəniz Quliyev, Zərdüşt Əlizadə, İran tərəfindən Behman Əlizadə, Doktor Cahani, Əhmədrza Süleymanzadə və digərləri çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının mahiyyəti, dünyaya çatdırılma yolları, hüquqi aspektləri və digər məsələlər diqqətə çatdırılıb.

Daha sonra nümayəndə heyəti Urmiyanın imam cüməsi Əkbər Qureyşi ilə görüşüblər. Ə.Qureyşi Qarabağ, Xocalı ilə bağlı fikirlərini çatdırıb, bu cinayəti törədənləri lənətləyib. Heyət üzvlərindən Akif Nağı, Rövşən Əhmədli, Növrəstə İbrahimova diqqəti Qarabağ və Xocalı faciəsi ilə yanaşı, ermənilərin Urmiyada törətdikləri kütləvi qətliama, burada 1915-ci ildə ermənilərin 10 mindən artıq müsəlmanı qətlə yetirmələrinə və digər faktlara cəlb ediblər. Həm konfransda, həm də imam cüməsi ilə görüşdə Qarabağa, Xocalıya dair kitablar, disklər paylanıb.

QAT sədri Akif Nağı onu da bildirib ki, səfər çərçivəsində həmçinin Urmiya gölünə gedərək gölün duzlaşmadan xilas edilməsi üçün görülən işlərlə tanış olublar.

Heyət üzvləri daha sonra Ərdəbilə səfər edərək, şəhərin imam cüməsi Seyid Həsən Amili ilə grüşüblər. Akif Nağı, Rövşən Əhmədli, Növrəstə İbrahimova, Zərdüşt Əlizadə, Eldəniz Quliyev, Aydın Qarabağlı, Sevinc Məmmədova çıxış edərək, qəbula görə təşəkkürlərini bildirib, Qarabağ, Xocalı ilə bağlı məlumat verib, imam cüməsinə Qarabağ məsələsində tutduğu ədalətli mövqeyə görə xüsusi minnətdarlıqlarını çatdırıblar. Həsən Amili çıxışında bir neçə məqamı vurğulayıb: “Qarabağı murdar ermənilərdən birlikdə təmizləyəcəyik. Qarabağ Azərbaycan torpağıdır və Azərbaycana qaytarılmalıdır”. İmam cüməsi iki ölkə, ayrı-ayrı bölgələr arasında əməkdaşlığın, münasibətlərin genişləndirilməsinə dair təkliflərini verib.