XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 17:35

İran Prezident Administrasiyası:“Tehran və Bakı arasında münasibətlər strateji əlaqələr qurmağa imkan verir”

iran azeri

“Sosial və mədəni amillər İran və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə yardım edir və bu münasibətlərin yeni strateji səviyyəyə çıxmasına imkan verir”.

Bunu İran Prezident administrasiyası rəhbərinin informasiya və kommunikasiya üzrə müavini Pərviz İsmaili deyib. (Trend)

Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini şərh edən P.İsmaili qeyd edib ki, səfər zamanı iki ölkə arasında əlaqələrin fəallaşdırılması üçün unikal imkanlar yaradılıb.

Onun sözlərinə görə, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır.

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarından danışan P.İsmaili bu formatları regionda sabitliyin və təhlükəsizliyin bərpa olunması, eləcə də regional inkişaf və terror təhlükələrinə qarşı mübarizə sahələrində uğurlu nümunələr adlandırıb.