XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2017 - 16:06

Serj Sarkisyan:"Günü sabah başlaya biləcək müharibəyə hazır olmalıyıq”

serjik

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan “France Press” agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu “Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə” çağırıb.

Sərkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib: “Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb”.

Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şurunda hərbi əməliyyatların başlaması “zaman məsələsidir”, ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. “Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır”. Bununla belə, Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.

S.Sarkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını “ağrılı qarşıladıqlarını” da bildirib: “Biz bundan təəsüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir”. /Virtualaz.org