XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2017 - 20:17

Elmar Məmmədyarov Hindistan XİN rəhbərinə məktub göndərdi –Səbəb

elmar-1

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov hindistanlı həmkarına ünvanladığı məktubunda qarşılıqlı etimad və anlaşmaya, beynəlxalq təşkilatlarda dəstəyə söykənən iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Hindistanın xarici işlər naziri Suşma Svaraj Elmar Məmmədyarova göndərdiyi məktubunda iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və insanlararası təmaslar daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.