XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 10:28

Ermənistanda yaşayan filoloq Sülh Platformasına qoşuldu –“Erməni və Azərbaycan xalqı əsrlərlə sülh içində yaşayıb”

ermeni

Ermənistanda yaşayan ictimai fəalı, dilçi Hasmik Buniatyan  Ermənistan Azərbaycan  Sülh  Platformasına qoşulduğu barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: “Mən Asmik Buniatyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünü anlayaraq, beynəlxalq səviyyədə tanınmış  Ermənistan Respublikasının və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirəm. Münaqişənin  beynəlxalq hüquq çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti tam dəstəkləyirəm. Ermənistan və Azərbaycan xalqları əsrlər boyu birlikdə sülh içində yaşayıb. Dərin təəssüf hissi ilə iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil etdiyini qeyd etmək istəyirəm. Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsillərin sülh və rifahı naminə, münaqişənin tez bir zamanda dayandırmaq lazımdır. 25-dən çox il davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm.  Bu səbəbdən, Cənubi Qafqazda sülhü bərpa edib və onu qorumaq məqsədi olan, Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Bu səbəbdən Ermənistan Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.