XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 12:08

Qənirə Paşayeva:"Gənclər sosial media vasitəsilə Azərbaycan əleyhinə məlumat yayanlara qarşı mübarizə aparmalıdır"

qenire-pasayeva-yennn

Bu gün gənclər sosial media vasitəsilə Azərbaycan əleyhinə yalan məlumatlar yayanlara qarşı ciddi mübarizə aparmalıdırlar.

"Trend"in məlumatına görə, Q.Paşayeva İsparta valisi ilə görüşündə türk dünyasının diaspor və KİV-ləri informasiya müharibəsində fəal olmağa çağırıb.

Bu gün bəzi KİV-lərin, erməni diaspor və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas olmağa, yalanlara qarşı mübarizə aparmağa səsləyib.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Türk dünyasının KİV-ləri, QHT-ləri və gəncləri türk həqiqətlərinin dünyaya daha geniş yayılması üçün sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməlidirlər.

O, Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib.

Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırıb.

Q.Paşayevanın çağırışına cavab verən İsparta Türk Ocakları başqanı Levent Başyiğit bildirib ki, İsparta Türk Ocakları bundan sonra Azərbaycan həqiqətlərinin geniş yayılmasında və erməni yalanlarına qarşı mübarizədə daha da fəal rol oynayacaq.