XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 16:03

Həmsədr:"Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir"

Riçard 2

"Beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var".

Bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib. Onun fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur.

Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən R. Hoqland Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair qeydlərin olduğunu nəzərə çatdırıb.

Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.  (APA)