XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 15:56

Egemen Bağış:"Türkiyə Avropa ölkələrinin bütün xoşagəlməz addımları ilə əlaqədar müvafiq tədbirlər görəcək"

Egemen 3

Avropa ölkələrinin Türkiyəyə qarşı son addımları rəsmi Ankaranın gücünü nümayiş etdirir.

Bunu Türkiyınin sabiq Aİ naziri Egemen Bağış deyib.

O, Ankaranın öz gücü ilə Avropanı qıcıqlandırdığını vurğulayıb.

Egemen Bağış qeyd edib ki, Türkiyə Qərbin planlarına əsasən hərəkət etmək niyyətində deyil. "Türkiyə ös siyasətini Avropanın qərarlarına görə dəyişməyəcək və öz maraqlarını müdafiə edəcək. Prezident idarə formasının tətbiq olunmasından sonra Türkiyənin gücü daha aşkar olacaq, və məhz buna görə Avropa ölkələri referendumun təbliğatının qarşısını almağa çalışır."

Onun sözlərinə görə, Türkiyə 2002-ci ildən bəri sürətlə inkişaf edir, xarici borclarını ödəyir, iri layihələr həyata keçirir. Bütün bunlar isə ölkəni gözü götürməyənləri narahat edir.

E.Bağış vurğulayıb ki, Türkiyə ilə Avropanın münasibətləri hər zaman qeyri-stabil olub. "Bəzi Avropa ölkələri Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçular üçün sığınacaq olub. Cinayətkarları ekstradisiya etmək əvəzinə onlara vətəndaşlıq verilib və bu addımlarını "demokratiyanın müdafiəsi" adlandırıblar. Bununla yanaşı, onlar vətəndaşlar tərəfindən demokratik şəkildə seçilmiş millət vəkillərinin çıxışlarına icazə vermirlər".

Sabiq nazir qeyd edib ki, Türkiyə Avropa ölkələrinin bütün xoşagəlməz addımları ilə əlaqədar müvafiq tədbirlər görəcək.

Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması qərarı bu ittifaqın dağılması ilə bağlı narahatlıq yaradıb. "Aİ-nin dağılma riskinin mövcud olmasına baxmayaraq, Türkiyə üzvlüklə bağlı üzərinə qoyulan bütün öhdəlikləri yerinə yetirməyə davam edəcək. Amma Ankara üçün prioritet Aİ-yə üzvlük yox, özünün hərtərəfli inkişafıdır". /Trend.az