XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2017 - 15:06

Ömürlük həbsdə olan “OMON”çular Ali Məhkəməyə müraciət etdilər

omon

Ömürlük azadlıqdan məhrum edilən sabiq "ONON"çular Elçin Əmiraslanovun, Səfa Poladovun və Arif Kazımov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə "Trend"ə vəkil Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki. şikayətə martın 14-də Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Ömürlük azadlıqdan məhrum edilən keçmiş "OMON"çular kassasiya şikayətində cəzalarının müddətli cəza ilə əvəzlənməsini istəyiblər. Onlar cəzalarının 20 iilik cəza ilə əvəz edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 1996-cı ildə ölüm cəzasına məhkum edilib. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Hər 3 şəxs ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Məhkəmə isə müraciətləri rədd edib.