XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 13:41

Prezident Bakıda Moskvanı ittiham etdi:“Gürcüstan Rusiya tərəfindən işğal olunub, millətlər nə qədər kor ola bilər ki, görməsin?”

qlobal forum

“Gürcüstan nüvə dövləti olan Rusiya tərəfindən işğal olunub. Düzdür, bu işğal 2008-ci ildə olub. Amma bu proses daha əvvəl, 90-cı illərin əvvəllərində hibrid müharibə ilə başlayıb. Millətlər nə qədər kor ola bilər ki, bunu görməsin? Artıq Krımın işğalından sonra bu vəziyyətlə Ukraynada da şahid olmuşuq. Biz təcavüzü pisləməliyik.

Strateq.az musavat.com-a istinadən bildirir ki, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Bakı Qlobal Forumunun müzakirəsində çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, dünən Rusiya hökuməti işğal altındakı Sxinvali ilə bağlı növbəti qərar verib. Bununla presedent yaratmaq istəyir: “Biz bu vəziyyətə kor qalmamalıyıq. Əgər biz qlobal dünyanı təhlükəsiz şəkildə saxlamaq istəyiriksə, hüququn aliliyinə inanmalıyıq. Biz Azərbaycan, Türkiyəyə açıq şəkildə müttəfiqlik təklif edirik. Gürcüstan inkişaf layihələri naminə əməkdaşlığa həmişə hazırdır”.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili təhlükəsizlik, sabitlik, beynəlxalq qurumların effektivliliyi ilə bağlı ideyaları bölüşdüyün söyləyib: “30 il əvvəl bizim dünya ilə bağlı düşüncələrimiz daha optimist idi. Hesab edirdik ki, soyuq müharibənin başa çatması, dostluq, əməkdaşlıq üçün daha geniş imkan yaradacaq. Amma nikbinliyimiz özünü doğrultmadı. Bu gün dünyada kütləvi qırğınlar, müharibələr, ciddi problemlər var”. Gürcü prezident beynəlxalq əməkdaşlığın faydalı olduğuna inandığını qeyd edib.