XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 14:22

Nazir müavinindən QHT-lərə çağırış:“Bank hesabı ilə bağlı kimin problemi varsa, gəlsin araşdıraq”

sahib elekberov

Vergilər nazirinin müavini Sahib Ələkbərov onlayn alış-veriş saytlarına təzyiqlər edilməsi və əlavə vergilərə cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

S.Ələkbərov Ölkə.az-a açıqlamasında deyib ki, bu cür xəbərlər doğru deyil: “Cənab nazir Fazil Məmmədov da Vergi Forumunda çıxışı zamanı bildirib ki, yanaşma eyni olmalıdır. Elektron saytlarla ticarət aparanlara ayrı, digərlərinə isə ayrı yanşma olmalı deyil. Vergi hamıya eyni cür tətbiq olunur. Burada dərəcələr fərqli ola bilər, amma yanaşma eyni olmalıdır. Ona görə də bu məsələ ilə bağlı heç bir problem ola bilməz”.

Nazir müavini Vergi Məcəlləsinə edilən son dəyişikliklərin bəzi QHT-lərin bank əməliyyatları zamanı narazılığına səbəb olması məsələsinə də toxunub.

S.Ələkbərov qeyd edib ki, bu məsələ konkret araşdırma tələb edir: “Konkret məsələni ancaq konkret araşdırmaq lazımdır. Ona görə də bu məsələ ilə bağlı heç bir narazılıq yoxdur. Bu məsələ ilə bağlı kimin problemi varsa, gəlsin oturub problemi birgə araşdıraq. Onu kim deyirsə, buyurub gəlsin, o adamı qəbul edəcəm. Oturaq birgə araşdıraq, tapşırıq verim, qanun nə tələb edirsə, o cür də həll edək. Bu məsələni hamıya aid etmək olmaz”.