XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 21:12

Əliməmməd Nuriyev:“Zakir Nəsirov bağışlanması ilə bağlı dəfələrlə müraciət edib, işini bilən peşəkar idi ”

elimmemd

Prezident yanında əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev əfvlə bağlı Azadlıq Radiosuna müsahibə verib

Strateq.az müsahibəni oxuculara təqdim edir:

 

– Bu əfv sərəncamı sizi nə dərəcədə qane etdi?

– Bir sərəncam yüzlərlə ailəyə sevinc gətirirsə, əlbəttə, mən bu sərəncamı alqışlayıram. Azərbaycanda indiyədək 61 əfv sərəncamı verilib, bu da 62-cidir. Hələ bu qədər geniş əfv sərəncamı olmamışdı. 423 adam cəzadan azad edilib. Bu, böyük işdir. İnsanlar azadlığa çıxırsa, buna sevinmək lazımdır.

Əfv komissiyasının üzvü olaraq sevinirəm ki, müraciətlərə baxılmasında mən də iştirak etmişəm və cənab prezident tərəfindən bizim, çoxsaylı hüquq müdafiə təşkilatlarının, ombudsmanın, çoxsaylı ailələrin fikirləri nəzərə alınıb. Əlbəttə, son söz cənab prezidentin idi. O, kimin əfv edilib-edilməməsinə qərar verirdi. Azadlığa çıxanları təbrik edirəm, yolları bir daha ora düşməsin, ikincisi, bu sərəncamı alqışlayıram.

– Hüquq müdafiəçiləri 27 nəfərlik siyahı təqdim etmişdilər komissiyaya, ordan cəmi…

– Ordan 7 nəfər nəzərə alınıb. Əlbəttə, onlar istərdilər ki, hamısı azadlığa çıxsın. Onlar həmkarımdır, bu insanların azadlığa çıxmasına çalışırdılar. Ancaq hər zaman maksimum nəticə gözləməməliyik.

– Daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli əməkdaşı, Hacı Məmmədov işinə görə tutulan Zakir Nəsirovun ömürlük həbs cəzası 15 ilə endirildi, amma ömürlük azadlıqdan məhrum edilən OMON-çular və ya başqaları unuduldu. Buna münasibətiniz necədir?

– Zakir Nəsirov peşəkar, öz işini bilən biriydi. Mənim münasibətim belədir. Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı mübahisələr gedirdi. Keçmiş MTN-in müəyyən rolu olduğu deyilir, müzakirələr aparılırdı. Amma bu adam azadlığa çıxmayıb, cəzası 15 illə əvəzlənib. Hər kəsin azadlığa çıxmaq üçün müraciət hüququ var. Zakir Nəsirov da bağışlanmaqla bağlı dəfələrlə müraciət edib, bu dəfə də prezident onun müraciətini nəzərə alıb cəzasını yüngülləşdirib. İnsana mərhəmət göstərilirsə, niyə narazılıq yaratmalıdır? Prezident müstəsna hüququndan yararlanaraq, onu əfv edib.