XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 12:07

Qırğızıstan EKO sammitində qətnaməyə niyə imza atmayıb? –Sabiq baş nazirdən açıqlama

apas-qirgiz

“Ekspromt şəkildə mən bu suala cavab verə bilmərəm. Amma ola bilər ki, elə məsələlər olub ki, orada olan insanlar onları öz üzərinə götürə və həll edə bilməyiblər”.

Bunu Qırğızıstanın sabiq baş naziri Apas Jumaqulov ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad sammitində qəbul edilən qətnaməyə imza atmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Qətnamədə digər məsələlərlə yanaşı, ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi əksini tapıb.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə A.Jumaqulov problemin danışıqlar yolu həllinin vacibliyini vurğulayıb: “Bu münaqişənin həll olunması üçün hər şey edilməlidir”. /APA