XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 14:15

Rusiyanın sabiq dövlət katibindən mühüm açılqama:“BMT-nin Qarabağla bağlı qətnamələrini Yeltsin Administrasiyası qəbul etdirdi”

burbulis

“Məhz bizim Administrasiya 1992-94-cü illərdə Qarabağda müharibəni dayandırmaq və BMT-nin məlum 4 qətnaməsinin qəbul olunması üçün hər şey etdi”.

Strateq.az bildirir ki, bu sözləri Bakıda olan Rusiyanın sabiq dövlət katibi, prezident Boris Yeltsinin ən yaxın silahdaşı olmuş Gennadi Burbulis Haqqın.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, zamanında Yeltsin Qarabağ probleminin həll olunmasına böyük diqqət ayırırdı: “1991-ci ildə Rusiya və Qazaxstan prezidenti regiona səfər etmişdi. Biz tərəfləri qarşılıqlı olaraq razılığa gəlməyə inandırmağa çalışırdıq”.

Burbulis bildirib ki, Yeltin öz nufuzundan istifadə edərək tərəfləri qanlı qarşıdurmanı dayandırmağa çağırıb: “Münaqişənin davam etməsi bundan sonra Rusiyanın marağında deyildi. Ancaq təəsüf ki, tərəflərin hər biri hesab edirdi ki, o haqlıdır. Belə vəziyyətdə vasitəçi olmaq çətindir. Amma biz cəhd edirdik. Biz tərəflərə müraciət edərək tarixi bir tərəfə tullamağa və real münaqişəni həllinə başlamağı təklif etdik. Amma tarix tərəflərə bir –birinə qarşı addım atmağa imkan vermədi”.  

Sabiq dövlət katibi Azərbaycan prezidenti Ayaz Mütəllibovun onun haqında dediklərini də qəbul etməyib. A. Mütəllibov bildirib ki, məhz Burbulis və Qalina Stravoytova o zaman ermənilərə fəal dəstək verib. Burbulis bunu rədd edib: “Bu Mütəllibovun ağlına hardan gəlib? Mən heç vaxt Stravoytovanın baxışlarını bölüşməmişəm”.

Burbulis deyib ki, Qarabağ münaqişəsinin həlli yalnız tərəflərin bir-birinə edəcəyi güzəştlərdən keçir.