XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 20:57

Eks-prezidentlərdən Azərbaycan-Ermənistan Sülh Platformasına dəstək –Açıqlamalar

platforma

Bakıda keçirilən V Qlobal Forumun iştirakçısı olan eks-prezidentlər Azərbaycan-Ermənistan Sülh Platformasına dəstək ifadə ediblər.

APA-nın məlumatına görə, “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel müzakirəsində Sülh Platformasının koordinatoru Orxan Nəbiyev keçmiş prezidentlərin təşəbbüsə münasibətini soruşub.

Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib ki, istənilən bu kimi platformanın yaradılması yaxşıdır: “Nəticəsi necə olacaq, bilinmir. Ola bilər yaxşı olar, ola bilsin yox. Amma bu, asan proses deyil. İstənilən dialoq təmiz ürəklə edilirsə, bunda uğur olacaq". 

Moldovanın sabiq prezidenti Petro Luçinski deyib ki, insanları dialoqa, sülhə çağıran təşəbbüs dəstəklənməlidir.

Polşanın keçmiş prezidenti Aleksandr Kvasnyevski qeyd edib ki, əslində heç bir dialoqun yaxşı nəticə verəcəyi ilə bağlı qarantiya yoxdur: “Amma dialoqsuz da nəticə əldə etmək mümkün deyil. Biz dialoqu dəstəkləyirik”.