Müsavat başqanı İsa Qəmbərin iki il əvvəl yaydığı müraciəti olduğu kimi öz adından yayıb
Müsavat Partiyasının başqanı Arif Hacılı 31 mart – Soyqırım Günü ilə bağlı xalqa müraciət edib.Müraciətdə 1918-ci ildə baş verən hadisələr xatırlanır, bildirilir ki, o zaman Bakıda 12 mindən çox azərbaycanlı öldürülüb, onminlərlə insan itkin düşüb və s. Tarixi faktlara söykənən müraciət sonda şəhidlərin ruhuna dua oxumaqla bitir.
Mətnlər arasında yeganə fərq sonuncu müraciətin sonundakı cümlənin çıxarılmasıdır. Belə ki, İsa Qəmbərin müraciəti “Tanrı şəhidlərimizin ruhunu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun!” fikirləri ilə bitir. Arif Hacılının müraciətində isə “Tanrı Azərbaycanımızı qorusun!” cümləsi çıxarılıb.