XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 15:45

Qırğızıstanın eks-baş naziri:“Qırğız nümayəndəsinin yekun sənədi imzalamaqdan boyun qaçırmasını anlamıram”

camaqul

Qırğızıstanın keçmiş baş naziri və Azərbaycandakı səfiri Apas Camaqulov Haqqin.az-a müsahibəsində iki ölkə arasında yaranmış gərginlikdən danışıb.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü dünyanın bütün ölkələri tərəfindən tanınıb. “Bu baxımdan, İslamabadda Qırğızıstan nümayəndəsinin İƏT-in yekun sənədini imzalamaqdan boyun qaçırmasını anlamıram. Son nəhayətdə, Bişkekin bu sənədə qoşulmamasının səbəblərini konkret olaraq aydınlaşdırmaq və izah etmək lazım idi”, – Camaqulov deyib.

O, sözlərinə əlavə edib: “Qırğızıstanın həmin forumda hansı səviyyədə təmsil olunmasından məlumatsızam. Ola bilsin ki, nümayəndə sadəcə olaraq, məsələdən baş çıxara bilməyib, yaxud da elə bir səlahiyyəti olmayıb”.