XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 12:09

Deputat Fərəc Quliyev oliqarxları hədəfə aldı:“Onlar ölkədə istehsalın güclənməsində maraqlı deyillər”

ferec qulu

«Kimin nə deməsindən asılı olmayaraq, ölkədə qiymətlərin ən azı 15 faiz bahalaşması faktdır. Buna uyğun olaraq da təqaüd və maaşların artırılmasının vacibliyini hələ keçən il büdcə icmalının müzakirəsi zamanı parlamentdə də bildirmişəm».

Bunu "Azadlıq Radiosu"na qısa müsahibəsində deputat Fərəc Quliyev bildirib.

Deputat deyir ki, iqtisadiyyat neft asılılığından xilas olmayıb, ölkədə sahibkarlığa normal münasibət, hələ ki, tam formalaşmayıb. F.Quliyev hesab edir ki, idxalı azaltmaq mümkündür: «Amma bəzi məmurlar ölkədə istehsalın güclənməsində maraqlı deyillər».

Deputata görə, bazarda qiymətlərin artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var: «Subyektiv səbəb budur ki, inhisarçı marağı olan məmurlar ölkədə istehsalın güclənməsinə maraq göstərmir. Daha çox öz gəlirini düşünür".

Deputat deyir ki, Neft Fondunun xaricdəki vəsaitlərindən yüksək gəlir əldə edilmir. Belə olan halda, həmin vəsaitin bir hissəsini ölkəyə gətirib aşağı faizlə əhaliyə kredit kimi vermək olar: «Özü də bu kredit gənclərə ən yuxarısı 5 faizlə verilməlidir. Gənclər həm regionda fermer təsərrüfatı qura bilsin, həm də özünə ev tiksin. Beləliklə də ölkədən gənclərin xaricə axınının qarşısını almaq olar. Amma neçə illərdir ki, bu dediklərim elə təklif olaraq qalır, diqqətə alınmır».

F.Quliyev deyir ki, prezident regionlarda sahibkarlığın inkişafı ilə bağlı vəsaitlərin ayrılması istiqamətində işlər görür. Amma yerlərdə bu vəsaitlər havaya sovrulur: «Dövlət qurumları var ki, inzibati binanın tikilməsinə 10 milyonlarla vəsaitlər xərcləyirlər. Halbuki, bu vəsaitlər yeni istehsal sahələrinin yaradılmasına, iş yerlərinin açılmasına sərf oluna bilərdi. Amma korporativ maraqların ümumi maraqları üstələdiyini görürük».

Deputat deyir ki, durum indiki şəkildə davam etdiyi halda qiymətlərin enəcəyinə o qədər də inanmır: «Qiymətlərin enməsindən ötrü istehsal güclənməli, iş yerləri açılmalı və inhisar aradan qalxmalıdır».