XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2017 - 12:09

MDB XİN Şurasının növbəti iclasının vaxtı açıqlandı

ozbek

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası aprelin 7-də Daşkənddə keçiriləcək.

Bu barədə təşkilatın İcraiyyə Komitəsi məlumat yayıb. İclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Birlik formatında hərtərəfli qarşılıqlı fəaliyyət məsələlərini, MDB məkanında əməkdaşlığın möhkəmləndirilməsi üzrə praktiki tədbirləri və təşkilatın regional və beynəlxalq rolunun artırılmasını müzakirə edəcəklər.

Həmçinin XİN rəhbərləri mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi və MDB-nin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması məsələlərinə baxacaqlar.