XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2017 - 21:55

Əvəz Temirxandan mitinq açıqlaması:"Partiya olaraq mitinqdə iştirak etməyəcəyik"

evez-temirxan

Milli Şura mitinqlər keçirmək barədə müzakirələrə başladığını bəyan edib. 

Qurumun bu addımı isə kütləvi aksiyaları yadırğamaqda olan cəmiyyətdə birmənalı qarşılanmayıb.  

Strateq.az xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a danışan ALP sədri Əvəz Temirxan bildirib ki, onlar partiya olaraq Milli Şuranın ehtimal olunan mitinqində iştirak etməyəcəklər:

“Biz müzakirə olunan mitinqin təşkilatçısı deyilik. Partiya olaraq mitinqdə iştirak etməyəcəyik. Amma üzvlərimiz hər hansısa aksiyada iştirak etməkdə azaddılar.  Mitinqin şüarlarında taktika düzgün seçiləcəksə, nəsə bir effekt gözləmək olar, əgər bunların heç biri olmazsa, mitinqdən nəsə gözləməyə dəyməz”.