XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 10:09

Dəməşqin ələ keçirilməsi vəƏsədin devrilməsi üçün əməliyyat hazırlanır  

Varis şahzadə Salman ibn-Əbdüləziz oğlu Muhəmməd ibn-Salmanla

© AP Photo, Həsən Əmmar

 

"Middle East panorama" (Livan), 25.03.2017

 

Özəl qaynaqlar xəbər verir ki, terrorçu dəstələrə logistik dəstək verən bir sıra ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı Krallığı, Qətər, Bəhreyn və Türkiyə, İsrail, həmçinin Fransa, Böyük Britaniya və ABŞ-ın xüsusi xidmətlərinin iştirakı ilə Suriya paytaxtına qarşı terrorçu əlbirlik baş tutub.

Qaynaqlar iddia edir ki, kəşfiyyat idarələri təmsilçilərinin bu cinayətkar sxemə sonuncu cizgilərin çəkildiyi görüşü özlüyündə ən böyük təhlükə təşkil edir. Görüş Colan təpələrinin işğal edilmiş hissəsində İsrail ordusunun düşərgəsində olub.

Görüşdə “Nəsr” və “İslam ordusu” terror dəstələrinin liderləri, həmçinin Suriya ilə qonşu ölkələrin xüsusi xidmətlərinin nəzarət etdiyi terrorçu qruplaşmaların təmsilçiləri iştirak ediblər.

Qaynaqlar dəqiqləşdirib ki, sui-qəsdin mahiyyəti bundan ibarətdir ki, terrorçu qruplaşmaların daha çox üzvü Suriya paytaxtında artıq mövcud olan özəklərə dəstək üçün göndəriləcək, həmçinin Dəməşqin müxtəlif rayonlarında təxribat fəaliyyəti aparılacaq. Eyni zamanda, dövlətin müdafiəsi altında təhlükəsizlikdə olan və hazırda əmin-amanlıq hökm sürən başqa şəhərlərdə partlayışlar planlaşdırılır. İdeya teraktlarda həlak olan vətəndaşların sayının çoxluğunun törədəcəyi böyük hərc-mərclik və iğtişaş atmosferi yaratmaqdır.

Sonra İsrail KİV-ləri Suriya dövlətinin özül və institutlarını sarsıdan quraşdırılmış xəbərlər yaymaq yolu ilə Suriya xalqının əxlaqi ruhuna zərbə vuran yalan bəyanatlar yayacaq.

İsrail hərbi təyyarələrinin Suriyanın həyat önəmli hərbi və mülki obyektlərinə, müəssisələrinə aviazərbələri planlaşdırılmış işlər içindədir. Həmçinin Səudiyyə Ərəbistanı kəşfiyyatının başçılıq etdiyi və müxtəlif millətlərin təmsilçilərindən ibarət özəl hərbi güclərin gəlişi də planlaşdırılır. Onar Suriyaya Dəməşəq civarındakı güney sərhədindən sızacaqlar. Məqsəd terrorçu qruplaşmaların ruhunu yüksəltmək və “Nəsr”, “İslam ordusu” dəstələrinin sıralarına birləşməkdir.

 

Tərcümə Strateq.az-ındır.