XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2017 - 15:24

Ceymstaun FonduAzərbaycan-Ermənistan münaqişəsindən yazdı

"Cənub Qaz Dəhlizi", eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr Cənubi Qafqaz ölkələrinin qlobal tədarük "zəncirində" iştirak potensialını artırır.

Bu, Ceymstaun Fondunun saytında dərc olunmuş məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, Ermənistanda bu cür imkanlardan yararlanmanın qarşısını alan amillərin Azərbaycanla münaqişənin uzanması və ölkənin Rusiyadan kvazikolonial asılılığının olması barədə düşüncələr artır.

Müəlliflər xatırladır ki, fevralın 25-i Avropada ən uzun sürən münaqişə olan Dağlıq Qarabağda silahlı toqquşmalar bərpa olundu. Burada şübhəli məqam o idi ki, toqquşmalar Xocalı hadisələrinin 25-ci ildönümü ərəfəsində qeydə alındı. Azərbaycanlı diplomatların fikrincə bu təxribat sülh prosesinə mane olmaq üçün həyata keçirilmişdi:

"Son illərdə Bakı anlayır ki, böyük ehtimalla Ermənistan yeni hücuma hazırlaşır. 2016-cı ilin fevralında Rusiyadan Ermənistana MiQ-29 və digər müasir təyyarələrin tədarük olunmasını xüsusi qeyd etmək lazımdır. Kreml həmçinin Ermənistan rəhbərliyinə silah satınalmaları üçün 200 milyon dollar həcmində kredit təqdim etmişdi. Bundan başqa ötən ilin payızında KİV-də Ermənistana "İskəndər" ballistik raketlərinin tədarük olunması barərə məlumatlar yer almışdı".

Məqalədə, həmçinin qeyd olunur ki, fevral toqquşmalarına bir neçə gün qalmış Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası nazirlərinin iclası keçirilib. Tədbirdə təkcə Cənub Qaz dəhlizinə daxil olan ölkələrin nümayəndələri yox, həm də Avropa İttifaqının və Böyük Britaniyanın nümayəndələri iştirak edib.

Müəlliflər qeyd edir ki, Azərbaycanda neft hasilatı getdikcə azalır: "Bu yolla Bakı məhdud neft ehtiyatlarından maksimal dərəcədə istifadə etmək istəyir. O, Cənub Qaz dəhlizinin aparıcı rol oynadığı Qərb ölkələrinə yönəlmiş nəqliyyat şəbəkələrində daha fəal iştirak etməlidir. Eyni zamanda Aİ-nin enerji mənbələrinin diversifikasiyasında maraqlılığı onu ifadə edir ki, Avropa həqiqətən də Xəzərin enerji resursları uğrunda mübarizədə maraqlıdır".