XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 17:15

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır –Açıqlama

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır.

Bunu Fransanın xarici işlər naziri Jan Marc Ayrault deyib. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb: "Əgər tərəflər danışıqları davam etdirib sülh sazişi imzalamaq istəsələr, Fransa bu görüşü təşkil etməyə hazırdır". Jan Marc Ayrault bildirib ki, Fransa münaqişənin dinc, danışıqlar yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrpunun həmsədrlərindən biridir: “Bu cür münaqişələr yalnız diplomatik yollarla həll oluna bilər", – deyə Ayrault bildirib.

Fransa xarici siyasət idarəsinin başçısı münaqişəylə bağlı status-kvonun saxlanmasına qarşı olduğunu da bildirib: “Status-kvonun saxlanması vəziyyəti daha da mürəkkəbləşdirən bir siyasi seçimdir”.