XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 18:08

Səfirlik:"İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı siyasəti dəyişməzdir"

İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı dəfələrlə mövqeyimizi bildirmişik.

Azərtac xəbər verir ki, bu fikirlər İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələrinə açıqlamasında yer alıb.

Açıqlamada deyilir ki, üçüncü ölkə KİV-ləri vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək hədəfi ilə yayılır. “Təəssüflər olsun ki, indiyədək bunun dəfələrlə şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”, – deyə açıqlamada qeyd edilir.