XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 11:36

ABŞ Azərbaycan vətəndaşlarına viza tətbiqi ilə bağlı heç bir dəyişiklik etməyib –Səfirlik

ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb.

Bunu bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib.

Səfirlik Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları "www.whitehouse.gov" saytından, viza qaydaları və prosedurları haqda məlumatları isə "www.travel.state.gov" və "azerbaijan.usembassy.gov" saytlarından əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb. /APA