XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2017 - 19:40

“Lenin də Rusiyada inqilaba inanmırdı, ancaq bir il sonra Nikolay taxtdan salındı” –Politoloqdan şərh

"Hiss olunur ki, Rusiya prezidenti Vladimir Putin sistemdən kənar (parlamentdə təsmil olunmayan) müxalifətin fəallaşmasından narahatdır. Həqiqətən heç kim gözləmirdi ki, sistemdənkənar müxalifətin lideri Aleksandr Navalnının sosial şəbəkədən bir çağırışı ilə bu qədər gənc və orta yaşlı insan küçələrə tökülüşə bilər".

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə,  Rusiya prezidenti guya korrupsiyaya qarşı mübarizəni dəstəkləyir, ancaq əhalini Tunis, Misir, Liviya, qonşusu Ukrayna nümünəsi ilə də qorxudur: 

"Yəni cəmiyyətə demək istəyir ki, məndən başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın, yoxsa Rusiya da dağılar, xaos tüğyan edər. Əlbəttə, Rusiyanı yaxın illərdə "rəngli inqilablara” və ya "ərəb baharına” bənzər dəyişikliklər gözləmir. Hər nə qədər olsa da, Putinin reytinqi yüksəkdir. Ancaq Qərbin sanksiyaları da təsirsiz keçmir, Rusiyada iqtisadiyyat geriləməkdə davam edir, ölkənin orta sinfinin bu həyat şərtlərindən narazılığı artır".

Politoloq deyir ki, indi küçələrə 3-4 min etirazçı çıxsa da, narazılıq dalğasının artan xətlə davam etməyəcəyini proqnozlaşdırmaq çətindir:

"Bolşeviklərin lideri Vladimir Lenin məktublarında yazırdı ki, "həyatda sağ ikən Rusiyada inqilabı görmək mənə nəsib olmayacaq". Bu sözlərdən cəmi bir il sonra ikinci Nikolay da taxtdan düşürüldü, fevral burjua inqilabı da baş verdi və bütün bunlardan istifadə edən Lenin Rusiyanın başına keçdi….".