XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 10:31

Dövlət sərhədini qanunsuz keçməyə görə cərimələr 6 dəfə artırılır –Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

 

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.

Cinayət Məcəlləsinə əsasən, hazırda Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə 200 manatdan 500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə bu halda Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə 1500 manatdan 3 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur. /APA