XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2017 - 11:33

“Peşə təhsili haqqında” qanun layihəsinin modeli hazırdır –Deputat

“Peşə təhsili haqqında” qanun layihəsinin ilk modeli artıq hazırlanıb.

Bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Deputat bildirib ki, qanun layihəsində peşə məktəblərini bitirənlərin məcburi iş yeri ilə təmin olunması, peşə təhsilinin statusu ilə bağlı məsələlər qeyd edilib: “ Bu qanun layihəsində həmçinin biz dünya ölkələrinin peşə təhsili haqqında qanunvericiliyini də nəzərə almışıq. O qanunlarda olan müsbət keyfiyyətləri götürmüşük. Azərbaycan reallığına uyğun gələnlərin üzərində işləyirik. Onlardan bizim qanunvericilikdə istifadə edəcəyik”.

Komitə sədri qeyd edib ki, ““Peşə təhsili haqqında” qanun layihəsində Nazirlər Kabineti tərəfindən təsdiq edilən ixtisasların çoxu yer alıb: “Həmçinin burada dünya ölkələrinin peşə məktəblərində olan ixtisasların demək olar ki, hamısı var. Biz əvvəl peşə məktəbi deyəndə ancaq bənna, sürücü, qaynaqçı kimi  ixtisasları başa düşürdük. Ancaq indi peşə təhsili üzrə ixtisasların siyahısına yüksək texnologiyalar üzrə proqramçılar, mühəndislər, və s müasir dövrümüzə cavab verən ixtisaslar öz əksini tapıb”.

İsa Həbibbəyli qeyd edib ki, qanun layihəsi yaxın vaxtlarda 1-ci oxunuş üçün  Milli Məclisin müzakirəsinə təqdim olunacaq. (modern.az)