XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 15:40

Jurnalist Pərviz Həşimli sabiq MTN naziri Eldar Mahmudova zəng vurdu:“Tanıdınız? Yəqin unutmamsınız”

eldarmahmudov-1.jpg

Bir ildən artıqdır ki, ölkə gündəmi Eldar Mahmudovun və onun MTN-dəki mütəşəkkil cinayətkar dəstəsinin əməlləri barəsindədir. Eldar Mahmudov özü həbs olunmsa da nazirliyin ali zabit heyətinə daxil olan 20 şəxs barəsində istintaq və məhkəmə prosesi gedir. Ötən bir il ərzində barəsində müxtəlif fikirlər yayılan sabiq nazirin özü isə ortalıqda yoxdur. Kimisi onun ev dustaqlığında saxlandığını, kimisi də sərbəst şəkildə həyatına davam etdiyini bildirir.

2013-cü ildə Eldar Mahmudovun şərinə düşən insan hüquqları fəalı və jurnalist Pərviz Həşimli sabiq MTN rəhbərini tapa bilib. Belə ki, sabiq vicdan məhbusu bu gün səhər saatlarında Eldar Mahmudovla bağlı facebook-da maraqlı bir status paylaşıb.

Pərviz Həşimli yazır:

Davamli zənglərimdən sonra Eldar Mahmudov özü aradı.

“Bagişlayın zəng etmisiz. Kimdir danışan?” deyə soruşdu.

“Şərlədiyiniz Pərviz Həşimlidir, yəqin ki, unutmamısınız” deyə ona özümü təqdim etdim.

“eeee” deyərək dəstəyi asdı.