XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2017 - 17:04

Asim Mollazadə:“Hələlik hakimiyyətin daxilində parçalanma əlamətləri görünmür”

"Rusiyada ciddi sosial və iqtisadi problemlər olsa da, hələlik hakimiyyətin daxilində parçalanma əlamətləri görünmür”.

Bunu Sherg.az-a Rusiyada son günlər baş qaldıran korrupsiya əleyhinə böyük etirazların hakimiyyətə təsirini izah edərkən millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, bu hadisələri Ukraynadakı hakimiyyət dəyişikliyinə səbəb olan etirazlarla müqayisə etmək düzgün deyil: "Ukraynada hakimiyyətin zəif olması, idarəçiliyin daxilində mövcud olan parçalanma ciddi fəsadlarla nəticələndi. Rusiyada hələlik hakimiyyətin daxilində problemlər, parçalanma yaşanmır. Vahid və sərt sistem formalaşdıra biliblər. Hansısa parçalanma, müvafiq oliqarxiq qrupların münasibəti olarsa, təbii olaraq Rusiyada hakimiyyəti sarsıda bilər”.

Qeyd edək ki, son günlər Rusiyada Putin hakimiyyətinin yol verdiyi rüşvət və korrupsiyaya qarşı geniştərkibli etiraz aksiyaaları keçrilir.