XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2017 - 20:43

ADP bəyanat yaydı –31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı

ADP 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bəyanat qəbul edib.

Partiyadan Strateq.az-a daxil olan bəyanatda deyilir:

"31 mart 1918-ci ildə Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələrindəndir.1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlamış, minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.Həmin günlərdə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmiş, komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmış, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci ilinmartayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməmiş, 70 il ərzində bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. Lakin, bu qanlı hadisələri millətimizin yaddaşından silmək mümkün olmamışdır.

ADP Azərbaycan dövlətinin müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə və millətimizin varlığına olan bu qəsdi lənətləyərək, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasını, 1990-cı ilin qanlı 20 yanvar hadisələrini, 1992-ci ilin 26 fevral tarixli Xocalı qətliamını da 1918-ci ildən xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinin davamı kimi dəyərləndirir.

ADP 31 Mart Azərbaycanlıların Soyqırımı hadisəsinin milli yaddaşa həkk olunması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini, eyni mahiyyətli olduğuna görə Xocalı Soyqırımı ilə 31 Mart qırğınını birləşdirməyi və soyqırımı dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş dövlət tədbirlərinin, bu tədbirlərin yalnız təqvimdən təqvimə deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb və hakimiyyəti dünya dövlətlərinin bu hadisələrə hüquqi və siyasi qiymət vermələri üçün səylərini artırmağa çağırıb.

ADPAzərbaycan dövlətinə, ərazi bütövlüyünə və müstəqilliyinə təhlükələrinhələ də mövcudluğunu nəzərə alaraq,xalqımızı daim ayıq-sayıq olmağa, bu təhlükələri dəf etmək üçün milli birliyi qorumağa və əsl vətəndaş mövqeyi nümayiş etdirməyə çağırır".