XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2015 - 04:37

Məzahir Pənahov görüşlər keçirib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti özbəkistan Respublikasında 2015-ci il martın 29-da keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olub.

MSK-dan Strateq.az-a daxil olan məlumata görə, səfər çərçivəsində Məzahir Pənahovun özbəkistan Baş nazirinin müavini Qulomjon İbraqimov, özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradov, özbəkistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri keçirilib. İki ölkə arasında bütün sahələrdə genişlənən əlaqələrdən məmnunluqla bəhs olunan görüşlər zamanı qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.