XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 14:36

Deputat:"ÜAK ləğv olunarsa, bu, Rusiya dövləti tərəfindən Azərbaycana qarşı mənfi aksiya kimi qiymətləndirilə bilər"

Rusiyada fəaliyyət göstərən Ümumrüsiya Azərbaycan Konqresi (ÜAK) ləğv olunarsa, bu, Rusiya dövləti tərəfindən Azərbaycana qarşı mənfi aksiya kimi qiymətləndirilə bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə ÜAK-ın ləğvi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Bu məlumatların araşdırılmasını vacib sayan deputat ümid edir ki, bu istiqamətdə Azərbaycanın Rusiyadakı səfriliyi tərəfindən zəruri addımlar atılacaq:

“Bu konqres uzun illərdir ki, Rusiyada fəaliyyət göstərir və o, Rusiyanın təşkilatıdır. Rusiya hökuməti heç vaxt bu təşkilata qarşı hansısa kəskin addımlar atmayıb. Bu məsələdə hansısa digər məqamlar var. Onlar araşdırılmalıdır”.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək, onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.