XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 17:47

Deputat:"Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün ÜAK-ın ləğvi gündəmə gətirilib"

Rusiyada fəaliyyət göstərən Ümumrüsiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsinin gündəmə gəlməsi yaxşı hal deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev ÜAK-ın ləğvi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, dövlət rəsmiləri tərəfindən belə məsələlərə hər zaman yüksək səviyyədə diqqət ayrılır.

B.Əliyev əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədə qurulub:

“Yəqin ki, bu münasibətlərə xələl gətirmək üçün belə bir məsələ gündəmə gətirilib”.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.