XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 10:17

Rusiya-Türkiyə-İran üçbucağı qoruna bilərmi? –Ekspertdən açıqlama

Rusiya-Türkiyə-İran üçbucağı qoruna bilərmi? Bəli, qoruna bilər, əgər biz istəsək.

Bu sözləri Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müşaviri və Yaxın Şərq üzrə ekspert Yelena Suponina bildirib.

ABŞ-ın Yaxın Şərq planlarına diqqət yetirməyin lazım olduğunu deyən Suponina vurğulayıb ki, Suriyada İranla əməkdaşlığa davam etmək lazımdır:

"Əlbəttə, Suriyanın yenidən inşasını Suriya xalqının özü edəcək. Amma əvvəl orada sülhün təmin olunması lazımdır. Bu gün Rusiya, Türkiyə və İran Suriyada sülhün bərqərar olması üçün çalışır. Rusiya-Türkiyə-İran üçbucağı qoruna bilərmi? Əgər biz istəsək, qoruna bilər. Bizdən asılıdır. Çünki bu tərəfdaşlığın parçalanmasını istəyən düşmənlər var". (Axar.az)