XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 10:41

Məmmədyarovdan Qarabağ açıqlaması:"Putinin təşəbbüsü ilə problemin həllinə ümid yaranmışdı, ancaq..."

"Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyilir.

"Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik", – məqalədə deyilir.