XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 13:58

Rəsmi dövlət saytları Konstitusiyanın köhnə variantını niyə dəyişmirlər?

Bu il yanvarın 5-də Novator.az bəzi dövlət saytlarında Azərbaycan Konstitusiyasının yeni variantının yerləşdirilməməsinə diqqət çəkmişdi.

Ötən il sentyabrın 26-da keçirilmiş referendumda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilib. Oktyabrın 12-də referendum aktı qüvvəyə minib və Azərbaycan Konstitusiyasının yeni variantı normativ hüquqi aktların vahid internet elektron bazasında dərc olunub.

Yanvarın 5-də Novator.az bildirmişdi ki, ana qanuna əlavə və dəyişikliklər üç aya yaxındır qüvvəyə minsə də, bir çox rəsmi sayt hələ Azərbaycan Konstitusiyasının yeni variantını dərc etməyib. O vaxtdan bəri nə dəyişib? Aprelin 4-də Novator.az buna nəzər salıb.

Parlament portalı Meclis.gov.az-da yanvarın 5-dən fərqli olaraq ana qanunun yeni variantı yerləşdirilib. Fəaliyyət sahəsi normativ hüquqi aktlarla sıx bağlı olan Ədliyyə Nazirliyinin saytında (Justice.gov.az) isə hələ də ana qanunun 26 sentyabr 2016-cı il referendumuna qədər olan variantı qalır.

Dövlət başçısının rəsmi saytı President.az da hələ ki, konstitusiyanın köhnə variantı ilə işləyir. Halbuki Azərbaycan Konstitusiyasının  yeni variantı 2016-cı il oktyabrın 12-dən, 6-cı aydır qüvvədədir.