XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 18:50

KXCP-dən Qarabağla bağlı bəyanat:"Azərbaycan iqtidarının siyasi məsuliyyəti daha böyükdür"

Mirmahmud Mirəlioğlunun lideri olduğu KXCP Ali Məclisi Ermənistan-Azərbaycan münaişəsinin hazırki durumuna dair bəyanat yayıb.

Partiyadan Strateq.az-a daxil olan bəyanatda bildirilib ki, Azərbaycan Respubliksı ərazisinin iyirmi faizinin Ermənistan qoşunları tərəfindən işğal edilməsi, müharibənin 1994-cü ilin yazından bəri dayandırılması və tərəflər arasında atəşkəs rejiminin yaradılması, ATƏT-in Minsk qrupu ölkələrinin (ABŞ, Rusiya və Fransa) vasitəçiliyi və həmsədrliyi ilə aparılan danışıqlarının iyirmi ildən artıq bir müddət ərzində nəticəsiz qalıması göz qabağındadaır:

"ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri fəliyyətsizliyi onların ermənipərəst mövqelərindən irəli gəlir. Fransa və Rusiyanın qondarma “erməni soyqırımı”nı tanıdıqları, Rusiyanın durmadan Ermənistanı silahlandırması bunu bir daha təsdiq edir. ABŞ diplomatiyasının ermənisevərliyi də vaxtaşırı hiss olunur. 

Birləşmiş Ştatlar konqrersinin “907-yə əlavə” qanunu icrasının saxlanması müvəqqəti xarakter daşıyır və dolayısı ilə Azərbaycana qarşı sıyasi təzyiq formasıdır. ABŞ və Rusiyanın dünya çapındakı bir sıra hərəkətləri işğalçılıq xarakteri daşıyır. Bu dövlətlər işğalçı Ermənistana nə deyə bilərlər ki? 

Sözsüz, nizamlama prosesinin bu şəkildə uzanmasında indiki Azərbaycan iqtidarının siyasi məsuliyyəti daha böyükdür". 

Bəyanatda deyilir ki, hökümət bu sahədə öhdəsinə düşən vəzifəni indiyəcən yerinə yetirməyib və hazırda müstəqil siyasi iradə nümayiş etdirə bilmir:

"Nizamlama prosesində yaranmış indiki ölü durumun əsas səbəblərindən biri mövcud Azərbaycan iqtidarının diplomatik passivliyi, yürtdüyü ələbaxım və qorxaq siyasətdir. Əgər  Azərbaycan iqtidarı tərəfindən zamanında lazımı addımlar atılsaydı, milli mənafe şəxsi və sülalə mənafeinə qurban verilməsəydi, problem çoxdan həll olunardı. Siyasi iradəsizliyin davam etdiyi, hakimiyyətin bir ailənin, bir qrup talançının hökmranlıq alətinə çevrildiyi indiki halda isə, bu yöndə hansısa bir irəliləyişin əldə edələcəyini qeyri-mümkün sayırıq". 

Bəyanatın sonunda partiya hesab edib ki, işğal altında olan Azərbaycan torpaqlarını erməni qoşunlarının qeyd-şərtsiz boşaldılmasına dair Mirləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ilin yazında ard-arda qəbul etdiyi 822, 853, 874. 884 saylı qətnamələrinin tələbləri əsas götürülməli və Vətənimizin pozulmuş beynəlxalq hüquqları təcili bərpa edilməlidir.