XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 19:10

YAP 2016-cı ildə 7 milyon qazanıb:Siyasi partiyalar ötən ili neçə manatla başa vurublar? - RƏQƏMLƏR

Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarını hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməsini nəzərdə tutur.

Ölkədə dövlət qeydiyyatına alınmış 55 siyasi partiya var. Novator.az-ın məlumatına görə, aprelin 4-dək MSK-nın saytında 32 siyasi partiyanın maliyyə hesabatları yerləşdirilib.

Hakim Yeni Azərbaycan Partiyasının maliyyə hesabatında qeyd olunur ki, bu təşkilat 2016-cı ildə 7 milyon 736 min 860 manat gəlir əldə edib. Partiyanın xərcləri isə 6 milyon 373 min 631 manat olub.

Müsavat Partiyası 2016-cı ildə 6 min 372 manat gəlir əldə etdiyi, bir o qədər də xərclədiyi haqda hesabat verib.

Liberal Partiyasının hesabatında 2016-cı ildə hər hansı gəlirin və xərcin olmadığı bildirilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının hesabatına görə, təşkilatın 121 min 214 manat 28 qəpik gəliri, 120 min 308 manat 47 qəpik xərci olub.

Sosial Rifah Partiyasının hesabatında təşkilatın 98 min 214 manat 29 qəpik gəliri, 98 min 207 manat 96 qəpik xərci olduğu qeyd edilir.

Sosial Demokrat Partiyası hesabatında 98 min 214 manat 28 qəpik gəlir əldə etdiyini, 98 min 32 manat 15 qəpik xərclədiyini göstərib.

Böyük Quruluş Partiyası 2016-cı ili 98 min 605 manat 29 qəpik gəlir, 98 min 649 manat 69 qəpik xərclə başa vurub.