XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 11:57

İsrail səfiri:"Aprel hadisələrindən sonra Qarabağ münaqişəsinin həllinə ümid var idi"

"Ötən ilin aprelində Dağlıq Qarabağ zonasında baş verən hadisələrdən sonra münaqişənin həll olacağı ilə bağlı ümid var idi".

 APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. 

 Diplomat Azərbaycan və Ermənistan prezidentlərin ötən ilin may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqada görüşdüklərini xatırladıb.

 "Təəssüf ki, münaqişənin həllinə dair ümidlər özünü doğrultmadı. Biz hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. İsrail ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Çünki münaqişə tərəfləri də bu formatı dəstəkləyir", – deyə o bildirib.

 Diplomat İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.