XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 13:15

Erməni siyasi qüvvələri seçkidə nə qədər pul xərcləyib? –MSK açıqladı

Ermənistanın Mərkəzi Seçki Komissiyası 2 aprel parlament seçkisində iştirak etmiş siyasi qüvvələrin kampaniyaya nə qədər xərc çəkdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, seçki marafonunda iştirak etmiş 9 siyasi qüvvə kampaniya ərzində ümumilikdə 1 milyon 782 min 529 ABŞ dolları xərcləyib.

Hakim Respublika Partiyasının xərci hamıdan çox olub: 786 min 202 dollar.

Sarukyan bloku 321min 143 dollar xərcləyib.

Ohanyan-Raffi-Oskanyan blokunun xərci 183 min 671 dollar olub.

Konqres-Xalq Partiyası seçki kampaniyasına 154 min 599 dollar, Erməni Dirçəlişi Partiyası 149 min 624 dollar, “Çıxış” bloku 86 min 205 dollar, Daşnaksütun Partiyası 62 min 203 dollar sərf edib.

Azad Demokratlar Partiyasının 19 min 629 dollar, Kommunist Partiyasının 19 min 248 dollar xərci çıxıb.

İlkin nəticələrə görə, yeni parlamentdə 4 partiya təmsil olunacaq: Respublika Partiyası, Sarukyan bloku, “Çıxış” bloku, Daşnaksütun Partiyası.