XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 14:12

Avropa Məhkəməsi 11 Azərbaycan vətəndaşı ilə bağlı qərar qəbul edib –Hökumət müxalifətçilərə 6 min avro ödəməlidir

 

Bu gün Avropa İnsan Hüquqları məhkəməsi 11 nəfər Azərbaycan vətəndaşının işi üzrə 3 qərar qəbul edib.

Strateq.az “Amerikanın səsi”nə istinadən bildirir ki, Avropa məhkəməsinin məlumatına görə bu qərarlar 12 yanvar, 26 yanvar, 10 mart, 29 dekabr 2013 və 06 may 2014-cü il aksiyalarında inzibati həbs verilən və cərimələnən şəxslərin şikayətləri ilə bağlıdır.

Ərizəçilərin Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşma azadlığı) maddələrinin pozuntusunu müəyyən edib.

Qərarlar 12 yanvar, 26 yanvar, 10 mart, 29 dekabr 2013 və 06 may 2014-cü il aksiyalarında inzibati həbs verilən və cərimələnən şəxslərin şikayətləri ilə bağlıdır.

Bu işlər üzrə şikayət vermiş şəxslər bunlardır:

12 və 26 yanvar 2013-cü ildəki aksiyalarda cərimələnmiş Vüsal Bayramov, 12 yanvar aksiyasında cərimələnmiş Səxavət Mehdiyev,

26 yanvar aksiyasında inzibati qaydada həbs olunmuş  Tuncay Quliyev, 10 mart aksiyasında cərimələnmiş Azər Sadıqov, Osman Əhmədov

26 yanvar aksiyasında cərimələnmiş Xədicə İsmayıl, 10 mart aksiyasında cərimələnmiş Cavid Qarayev, 29 dekabr aksiyalarında cərimələnmiş Cavid Hacıbəyli və Tural Sadıqlı və  6 may aksiyasında inzibati qaydada həbs olunmuş Kəmalə Bənyarlı və Orxan Əyyubzadə.

 

Belə ki,  işlər üzrə müəyyən edilmiş mənəvi ziyana görə kompensasiyanın məbləği: Cavid Qarayevin işində 4 min avro, Vüsal  Bayramovun işində 8 min avro, digər işlərdə 6 min avro müəyyən edilib.

Bundan əlavə, cərimələnlərin işlərində ödənilmiş cərimə maddi ziyan kimi tutulub müvafiq olaraq 480 avro, Vüsal Bayramovun işi üzrə 850 avro.

Vəkil xərci kimi Bənanyarlı və Əyyubzadənin işində 2 min avro R.Mustafzadəyə ödənilməli, V.Bayramovun işində 2 min varo R.Mustafazadəyə ödənilməli, X.İsmayılın işində 2 min avro F.Namazlıya ödənilməli, C.Qarayevin işində 2 min avro X.Bağırova ödənilməli, digərlərinə görə cəmi 5400 avro Ə.Mustafayev və R.Mustafazadəyə ödənilməlidir.

Bu işlər üzrə 11 nəfərin hüquqşünasları Əsabəli Mustafayev, Ruslan Mustafazadə, Fariz Namazlı (Xədicə İsmayıl) və Xalid Bağırov (Cavid Qarayev işində) idi.

AİHM-in qərarının əsaslandırması odur ki, hökümət aksiyaların dağıdılması və iştirakçıların cəzalandırılmasının demokratik cəmiyyətdə zəruri olduğunu sübut edən kifayət qədər və müvafiq əsaslandırma təqdim edə bilmədilər. Buna görə də aksiyaların dağıdılması və iştirakçıların cəzalandırılması toplaşmaq azadlığının pozuntusu olub.

Bundan əlavə, məhkəmə hesab edir ki, cərimələnən və inzibati həbs verilən şəxslərin məhkəmələri ədalətli keçirilməyib.