XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 15:01

Sərdar Cəlaloğlu:“ÜAK daha çox Rusiyanın siyasətinə xidmət edir, nəinki Azərbaycanın”

“Mən düşünmürəm ki, Ümumrusiya Azərbaycanlıalrı Konqresi  Azərbaycanın dövlətçiliyinin, maraqlarının qorunması ilə bağlı hansısa ciddi işlər görüb. Rusiyadakı diaspora təşkilatlarının bir çoxu dolayısı ilə Rusiyanın əlində Azərbaycana təsir mexanizmidir ki, lazım olanda Moskva ”filan diaspora təşkilatınızı bağlayarıq" şəklində təzyiq göstərir, Azərbaycanı bununla təhdid edir. ÜAK da mənə elə gəlir ki, daha çox Rusiyanın siyasətinə xidmət edir, nəinki Azərbaycanın.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu ÜAK-ın bağlanma təhlükəsi ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu günə qədər ÜAK-dan Azərbaycan cəmiyyətinə, dövlətinə bağlı hər hansı ciddi dəstək görməyib: “Dağlıq Qarabağ məsələsi ilə bağlı o təşkilatın nə zamansa Rusiyada bir mitinq keçirdiyinin şahidi olmamışıq. Dağlıq Qarabağdakı separatçı rejimin başçısı gedir Moskvada görüşlər keçirir, separatçı rejim hətta KVN komandası yaradıb Moskvaya yarışa göndərir. ÜAK-ın bütün bu kimi məsələlərə etiraz olaraq Moskvada hansısa bir mitinq təşkil etdiyini görməmişik. Azərbaycanın ən böyük problemi, ümummilli məsələsi olan məsələdə öz sözünü ciddi şəkildə demirsə, deyə bilmirsə, bunun nəyi diaspora oldu? Bu cür təşkilatların yaradılmasına zamanında Bakıdan dəstək ona görə olub ki, belə məsələlərdə aktivlik göstərsinlər, iş aparsınlar. Lakin biz bu aktivliyi onlardan görmürük. Ona görə də hesab edirəm ki, passiv təşkilatların buradan can-fəşanlıqla müdafiə edilməsinə, bundan ötrü dövlətin xüsusi çaba göstərməsinə ehtiyac yoxdur".