XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 12:22

ÜAK-ın bağlanmasına YAP-çı deputatdan etiraz:"Rusiyaya müraciət göndərilməlidir"

Ümumrusiya Azərbaycanları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı müraciət Milli Məclisdə etirazla qarşılanıb.

Milli Məclisin plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi xələl gətirmək istəyən qüvvələrin təhrikidir.

Azərbaycanda 300-dən çox rusdilli məktəb, o cümlədən Rusiya ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərdiyini xatırladan S.Novruzov qeyd edib ki, Rusiyadakı konqresin fəaliyyəti aktiv olub:

"Konqres bu ölkədəki azərbaycanlıları birləşdirən böyük təşkilatdır. Ona görə təklif edirəm ki, Milli Məclisdəki dostluq qrupu parlament adından bu barədə müraciət hazırlasın.

“Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir. Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də konqresimizin ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır”.

APA